جمعه ۳۱ فروردین ۱۴۰۳
تمامی فعالیت ها مطابق با قوانین جمهوری اسلامی ایران می باشد

پخش آهنگ های شما در رسانه آی آر مدیا

09100405052
سامانه پیامک نوآوران

آی آر مدیادانلود آهنگ ترکی هارداسان از الوین نصیر

دانلود آهنگ ترکی هارداسان از الوین نصیر

Üstümə əzab yağır göylərdən damla damla
Hardasan ey günəşim,yazım,baharım hardasan

Download  Song : Elvin Nasir | Hardasan ۲ Quality 320 And 128

♫دانلود آهنگ هارداسان از الوین نصیر با دو کیفیت اصلی لینک مستقیم و متن ترانه توسط سایت آی آر مدیا

دانلود آهنگ ترکی هارداسان از الوین نصیر

متن ترانه هارداسان از الوین نصیر

♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪

Üstümə əzab yağır göylərdən damla damla

Hardasan ey günəşim,yazım,baharım hardasan

Yenə axşam düşəcək canımı şam yandıracaq

Haradasan ey yarım,ey nigarım hardasan

Elə bil soyuq kəsir damarlarımı şiddətlə

Qəlbimi donduracaq bu intizarım hardasan

Axı Allah səni vermişdi əmanət aşiqə

Hədiyyə cənnətdən,yadigarım hardasan

Bu vətən qürbət olubdur mənə sənsiz ey yar

Məni bihuş eyləyən eşq diyarım hardasan

Elə bil taxtı tacı yerlə yeksan olan şaham

Ey mənim səltənətim,dövləti varım hardasan?

O gedib addım izlərində mənim cəsədim var

İçimdə iniltilər,ahuzarım hardasan

Qələmim kədər yazar,canımda dərdi azar

Cəsədim yerdə qalıb gəl ey məzarım hardasan?

Kaş bilsən nə qədər,ismini dünyaya bağırdım

Ey məni edam edən,son qərarım hardasan?

Sənsiz fəsillər də yerini dəyişmiş deyəsən

Yazda qızmar günəşim,qışımda qarım hardasan?

Öldüyüm günümə qədər bezməyəcəm yar deyəcəm

Mənim eşq baxçamda,tək nübarım hardasan

Elə bir üsyan etdi duyğularım dünyaya

Yayıldı ərşə qədər aləmə carım hardasan

Nədənsə şeirlərin yoxdu indi təsəllisi

Ey mənim Bəxtiyarım,Şəhriyarım hardasan

Acılar canım yandırır mən isə öyrəşirəm

Hardasan ey bidərd ruzigarım hardasan?

Kor olar gözlərim ki mən o qədər ağlayaram

Sağ gözümdə sevincim solda qubarım hardasan?

Elə bil ruhumu zəncirlədilər cəhənnəmə

Canımda dözüm yoxdu səbrü qərarım hardasan?

4.6/5 - (101 امتیاز)
  • آهنگ ترکی

نظرات کاربران

0 نظر

نظر شما پس از بررسی و تایید مدیران سایت منتشر خواهد شد... هورااا هنوز نظری ثبت نشده ، اولین نفری باشید که نظر میدهید !